Bolkart sifariş et

Bolkart Diamond

  • Pulsuz SƏYAHƏT SIĞORTASI
  • Pulsuz PRIORITY PASS kartı
  • 60 günədək grace period imkanı
  • Millər toplayaraq PULSUZ AVİABİLET almaq imkanı
  • Maksimal KEŞBEK qazanmaq imkanı
  • (012) 50-50-145 nömrəsi ilə ÖZƏL XİDMƏT
Kartın qiyməti:
150 AZN
Kredit xəttinin məbləği
min. 3000 AZN - maks. 30000 AZN
Kartın müddəti
35 ayadək
Təmassız ödəniş
Təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
Kartdan istifadə tarifləri
Cədvəl
İllik xidmət haqqı:
Nəzərdə tutlmayıb.

QEYD:

Kredit müraciətləri zamanı müştərilərin Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) mövcud öhdəliklərinin yoxlanması üçün 1 AZN xidmət haqqı tutulur. İş yerindən arayış və/və ya əmək haqqı üzrə bank hesabından çıxarış təqdim edilmədikdə Elektron hökümət portalından (e-gov.az) müştəriyə aid məlumatların əldə edilməsi üçün 2 AZN xidmət haqqı tutulur.

“ASAN XİDMƏT” mərkəzləri tərəfindən təqdim olunmuş Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarış və ya Elektron hökümət portalından (e-gov.az) əldə edilmiş elektron arayışla (Elektron əmək müqaviləsi) müraciət edildikdə müvafiq xidmətə görə araşdırma üzrə xidmət haqqı ödənilmir. Bu zaman təqdim olunmuş sənədlər aşağıdakı tələblərə cavab verməlidir.

1. Sənədin üzərində verilmə tarixi qeyd edilməlidir;

2. Müvafiq sənədlər “ASAN XİDMƏT” tərəfindən möhür və ya yapışqanlı holoqram vasitəsilə təsdiq edilməlidir:

“ASAN XİDMƏT” mərkəzləri tərəfindən təqdim olunmuş müvafiq sənədlərin etibarlılıq müddəti sənədin verilmə tarixi və növbəti iş günü kimi qəbul edilir.
Daha ətraflı

Cədvəl

ƏMALİYYATLARTARİFLƏR

“Bank of Baku”nun ATM və POS vasitələrilə nağdlaşdırma

1.5% (min. 1.5 AZN)

Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma

2% (min. 2.0 AZN)

Yerli bankların POS vasitəsi ilə nağdlaşdırma

3% (min. 3.5 AZN)

Xarici bankların ATM vasitəsi ilə nağdlaşdırma

3% (min. 3.5 AZN)

Xarici bankların POS vasitəsi ilə nağdlaşdırma

3% (min. 6.0 AZN)

Konvertasiya

Kartın valyutasından istənilən fərqli valyutada əməliyyatlar ( ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq kartın hansı ödəniş sisteminə aid olmasından asılı olaraq, Visa və ya Mastercard beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə və bankdaxili nağdsız alış və satış məzənnələrinə əsasən konvertasiya edilir

“Retail” əməliyyatları

0%

Oyun / əyləncə mərkəzləri, o cümlədən kazinolarda aparılan “Retail” əməliyyatları**

1.5% (min.2 AZN/USD/EUR)**

ATM vasitəsilə ŞEN-kodun dəyişdirilməsi

1 AZN

“Card to Card” sistemi üzrə köçürmələr

1.5% (min. 1.5 AZN)
Qeyd: “Card to Card” sistemi üzrə köçürülən məbləğlər və kartlar üzrə nağdlaşdırma məbləğinin cəmi kartlarda nəzərdə tutulan nağdlaşdırma limitindən çox ola bilməz!

Credit part P2P (“Card to Card” sistemi üzrə köçürmələr zamanı mədaxil edilən məbləğdən tutulan komissiya)

0%

“Chargeback” üzrə araşdırmanın aparılması

10 AZN

"SMS Bankçılıq" sisteminə qoşulma və dəstəklənmə

Pulsuz

** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 27 dekabr 2021-ci il tarixli Qanuna əsasən qumar oyunları ilə bağlı əməliyyatlar bloklaşdırılmışdır.

Qeyd: Bankın emissiya etdiyi ödəniş kartları üzrə gündəlik maksimum 200 (iki yüz) ABŞ dolları və ya Avro məbləğində olmaqla nağdsız konvertasiya əməliyyatlarının aparılması mümkündür.

Kimlər Bolkart Diamond ala bilər?
- Yaşı min. 18 - kartın bitmə müddətinə maks. 70 olan, Dövlət və özəl müəssisələrin əməkdaşları və təqaüdçülər

Qeyd: Yuxarıda göstərilən meyarlara cavab verən müştəri seqmentinə aid olub-olmadığınızı bilmək istədikdə 145 Məlumat Mərkəzinə (Tel: 145) və ya Bankın filiallarına müraciət edə bilərsiniz.
Daha ətraflı
Əmək haqqı tələbi
- Təhsil və Tibb müəssisələrində çalışanlar üzrə: 2400 AZN və daha yuxarı (vergilər tutulmamış)
- Dövlət və nüfuzlu özəl müəssisələrin əməkdaşları üzrə - 2400 AZN və daha yuxarı (vergilər tutulmamış)
- Təqaüdçülər üzrə - minimum 2000 AZN.
Harada alış-veriş edə bilərsiniz?
Bolkartla partnyor mağazalarda, VISA INFINITE platformasında təqdim edildiyi üçün VISA logosu olan hər yerdə, ölkədə və ölkə xaricində istənilən ticarət və xidmət obyektlərində, həmçinin onlayn alış-veriş edə bilərsiniz.

Qeyd: Plastik kartlar üzrə kartın valyutasından fərqli valyutada əməliyyatlar (ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq bankdaxili “Plastik kartlar üzrə alış və satış məzənnələri”nə əsasən konvertasiya edilməklə nəzərə alınır və bu zaman heç bir konvertasiya komissiyası tutulmur.
Mil nədir və necə istifadə edilir?
MİL Sizin Pulsuz aviabilet almağınız üçün vasitədir.

MİL-lər BAL-lara əsasən hesablanır və MİL-lərin hesablanması zamanı qazanılmış 1 (bir) BAL 100 (yüz) MİL kimi qiymətləndirilir.

MİL-lərin istifadəsi zamanı həm də BAL-lar müvafiq olaraq silinir.

Yığılmış MİL-lərdən Aviabiletlərin alınmasına istifadə etmək üçün (012) 50-50-145 nömrəsi ilə əlaqə saxlayıb, Bankın xüsusi məsləhətçisindən aviabilet sifariş edə bilərsiniz.

MİL-lər yalnız AZAL Avia şirkəti tərəfindən həyata keçirilən aşağıdakı cədvəldə qeyd olunan Econom class uçuşları üzrə biletlərin alınmasına istifadə edilə bilər.

Qeyd :
- Qeyd edilən istiqamətlər yalnız AZAL avia şirkəti tərəfindən keçirilən uçuşlara aiddir;
- Millərin Bilet sifarişləri üçün istifadəsi uçuşa ən azı 1 (bir) ay qalmış reyslər üzrə mövcud yerlər olduqda mümkündür;
- Millər cədvəli mütəmadi olaraq Bank tərəfindən yenilənir, əgər yenilənmələr aralığında AZAL avia şirkəti tərəfindən qiymətlərdə kəskin dəyişiklik baş verərsə, bu halda Bank millərin yenidən qiymətləndiriməsi hüququna malikdir.
Daha ətraflı
İstiqamətlər üzrə Millər

İstiqamətlər üzrə Millər

İKİ TƏRƏFLİ MİLLƏRTƏLƏB OLUNAN MİLLƏRBİR TƏRƏFLİ İSTİQAMƏTTƏLƏB OLUNAN MİLLƏR

1

Bakı - İstanbul - Bakı  

45 000

Bakı - İstanbul

26 000

2

Bakı - Praqa - Bakı

73 000

Bakı - Praqa

50 000

3

Bakı - Dubai - Bakı

49 000

Bakı - Dubai

31 000

4

Bakı - Paris - Bakı

95 000

Bakı - Paris

58 000

5

Bakı - London - Bakı

109 000

Bakı - London

54 000

6

Bakı - Nyu-York - Bakı

147 000

Bakı - Nyu-York

98 000

7

Bakı - Moskva - Bakı

43 000

Bakı - Moskva

25 000

8

Bakı - Tel - Aviv - Bakı

73 000

Bakı - Tel - Aviv

48 000

9

Bakı - Tehran - Bakı

32 000

Bakı - Tehran

17 000

10

Bakı - Aktau - Bakı

47 000

Bakı - Aktau

27 000

11

Bakı - Tbilisi - Bakı

32 000

Bakı - Tbilisi

17 000

12

Bakı - Roma - Bakı

101 000

Bakı - Roma

59 000

13

Bakı - Milan - Bakı

93 000

Bakı - Milan

60 000

14

Bakı - Pekin - Bakı

113 000

Bakı - Pekin

66 000

Ödənişi nə vaxt etməliyik?
Ödəniş vaxtı Sizin kartı aldığınız tarixdən asılıdır. Bolkartı ayın 1-15 tarixləri aralığında almısınızsa ödənişiniz hər ayın 1-15 tarixləri aralığında olacaq, 16-sı - ayın son günü tarixləri aralığında almısınızsa ödəniş hər ayın 16-dan - ayın son günü tarixləri aralığında olacaq.


Misal üçün, Siz BOLKART DIAMOND kartını 17 Sentyabr 2015- ci il tarixində əldə etmisiniz. Qaydaya əsasən sizin ödəniş tarixləriniz hər ayın 16-dan - ayın son günü tarixləri aralığında olacaq. Deyək ki, Siz 11 Oktyabr 2015-ci il tarixində “İndi al 3 aya ödə” imkanı ilə hər hansı bir partnyor mağazadan 300 AZN məbləğində alış-veriş etdiniz. Bu zaman Sizin “İndi al 3 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və xidmətlərin dəyəri hər ayın 16- dan - ayın son günü tarixləri aralığında bərabər hissələrlə ödənilmək şərti ilə 3 ay ərzində tam ödənilməlidir (300/3=100 AZN). Yəni, Siz 16 Oktyabr 2015 - 31 Oktyabr 2015 tarixləri aralığında 100 AZN, 16 Noyabr 2015- 30 Noyabr 2015 tarixləri aralığında 100 AZN, 16 Dekabr 2015- 31 Dekabr 2015 tarixləri aralığında 100 AZN ödəməlisiniz.

Aşağıda göstərilmiş cədvəldə Siz kartlar üzrə ödəniş aralığına görə borcların ödəniş müddətləri ilə tanış ola bilərsiniz:
Daha ətraflı
Borcların ödəniş müddətləri
PRIORITY PASS nədir və keçid imkanları:
PRIORITY PASS - Sizin bütün dünyada hava limanlarında nüfüzlu VİP zallara keçid kartınızdır.

Bu kartı artıq Bank of Baku Sizə təqdim edir. İş adamları və tez-tez səyahət edənlərə məlumdur ki, hava limanları təlaşlı və çox stressli məkandır.

Xüsusən də tranzit reyslər, gecikən uçuşlar zamanı bu abu-hava Sizi narahat edə bilər.
Bu məqamda ehtiyacınız olan sakit mühit və komfort VİP zallarda Sizi əhatə edəcək.

Üstəlik Sizin hansı aviaşirkət və hansı sinif ilə uçmağınızdan asılı olmayaraq xidmət bütün PRIORITY PASS kart sahiblərinə təqdim olunur. Bu kartın əhatə dairəsinə 120 ölkədə 400 şəhər və 700 hava limanı daxildir.

Təklif olunan bu xidmət vasitəsilə siz uçuşunuzu gözləyərkən bir çox xidmətlərdən faydalana bilərsiniz.

PRIORITY PASS-ın üstünlükləri:
- Rahat və sakit şəraitdə səs-küydən uzaq uçuşunuzu gözləmək
- Qonağlarınızın və ya ailə üzvlərinizində VİP xidmətlərdən faydalana bilməsi
- Öncədən zəng etmək və bron etməyə ehtiyac yoxdur
- Pulsuz sərinləşdirici içkilər və qəlyanaltılar (və onların mütəmadi yenilənməsi)
- Telefon xidmətləri
- Wifi
- Email
- Konferensiya zalları

QEYD:
- PRIORITY PASS- a hər keçid 32 USD-ə bərabərdir;
- PRIORITY PASS şirkəti tərəfindən Banka ödəniş barədə məlumat daxil olduqda vəsait Sizin kart hesabınızdan silinir.
Daha ətraflı: www.prioritypass.com

BOLKART DIAMOND sahibləri pulsuz olaraq Səyahət sığortası əldə edirlər.
Daha ətraflı

Borcların ödəniş müddətləri

KARTDAN İSTİFADƏ (ALIŞ-VERİŞ, NAĞDLAŞDIRMA VƏ S.) MÜDDƏTİÖDƏNİŞ MÜDDƏTİ (ÖDƏNİŞ ARALIĞI 1 - 15 OLAN KARTLAR ÜZRƏ)ODƏNİŞ MÜDDƏTİ (ÖDƏNİŞ ARALIĞI 16 - AYIN SONU KARTLAR ÜZRƏ)

Ayın 1-15 tarixlərində

Növbəti ayın 1 – 15 tarixləri aralığında

Cari ayın 16-dan – ayın sonu tarixinədək

Ayın 16 - ayın sonu tarixlərində

Növbəti ayın 1 – 15 tarixləri aralığında

Növbəti ayın 16 – ayın sonu tarixinədək

Faiz dərəcəsi
Aşağıdakı hallarda faiz hesablanmır:

-Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 2 aya ödə”, “İndi al 3 aya ödə”, “İndi al 6 aya ödə”, “İndi al 9 aya ödə”, “İndi al 12 aya ödə”, “İndi al 18 aya ödə”, “İndi al 24 aya ödə” imkanı üzrə istifadə edildikdə;

-Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 1 aya ödə” imkanı üzrə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə;

- Nağdlaşdırma, ölkədaxili və ölkəxarici POS-terminallar və həmçinin beynəlxalq elektron ticarət əməliyyatları həyata keçirildikdə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə.

Digər hallarda istifadə edilmiş məbləğə aylıq 2.09% dərəcəsi ilə gündəlik faiz hesablanır.

Misal üçün, siz Bolkart şəbəkəsində “İndi al 1 aya ödə” imkanı ilə 360 AZN məbləğində alış-veriş etmisiniz.

Bu zaman növbəti ödəniş aralığında 360 AZN vəsait tam ödənilməsə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq 360 AZN vəsaitə aylıq 2.09 həcmində faiz, yəni gündəlik olaraq 25 qəpik faiz hesablanması aparılacaq və “İndi al 1 aya ödə” imkanı ilə istifadə edilmiş 360 AZN-nin 1/24 hissəsi məbləğində (yəni 15 AZN) 24 aylıq ödəniş cədvəliniz yaranacaq. Cədvəl yaranmasından sonrakı növbəti ödəniş aralığından başlayaraq hər ay siz ödəniş tarixinə hesablanmış faiz məbləğini və ən azı 15AZN-i ödəməlisiniz.

Qeyd: 14.10.2022 tarixdən başlayaraq "İndi al 1 aya ödə" və "Nağdlaşdırma" imkanları üzrə istifadə edilmiş məbləğlərə verilən möhlətli ödəniş müddəti 18 aydan 24 aya artırılmışdır.
Daha ətraflı
Limitdən istifadə etdiyiniz məbləğləri hansı qaydada ödəməlisiniz?
1. “İndi al 1 aya ödə” imkanı ilə istifadə edilən məbləğlər üzrə:

- “İndi al 1 aya ödə” imkanı ilə (Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində istifadə edilmiş məbləğlər, ölkədaxili və ölkəxarici POS-terminallar və həmçinin beynəlxalq elektron ticarət əməliyyatları) istifadə edilmiş məbləğlər növbəti ödəniş aralığında tam ödənilmədikdə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq gündəlik əsasda aylıq 2,09 % həcmində faiz hesablanır. Sonrakı ödəniş aralığından başlayaraq 24 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/24 (iyirmi dörddə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

2. İndi al 2, 3, 6, 9, 12, 18, 24 aya ödə imkanları istifadə edilmiş məbləğlər üzrə:

- İlk ödəniş aralığından başlayaraq müvafiq olaraq 2, 3, 6, 9, 12, 18, 24 ay ərzində bərabər hissələrə bölünərək ödənilməlidir.

3. Nağdlaşdırma zamanı istifadə edilmiş məbləğlər üzrə:

- Nağdlaşdırma əməliyyatları zamanı istifadə edilmiş məbləğlər üzrə növbəti ödəniş aralığında tam ödənilmədikdə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq gündəlik əsasda aylıq 2,09 % həcmində faiz hesablanır və sonrakı ödəniş aralığından başlayaraq 24 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/24 (iyirmi dörddə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.
Daha ətraflı
Növbəti ödəniş intervalında hesablanmış faizlər mütləq ödənilməlidir, istifadə edilmiş məbləğ isə istəyinizə əsasən ödənilə bilər, ödənilməyən istifadə edilmiş məbləğ sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay bu məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

İndi al 3 aya ödə, 6 aya ödə, 12 aya ödə imkanları istfadə edilmiş məbləğlər üzrə:

İlk ödəniş aralığından başlayaraq müvafiq olaraq 3, 6, 12 ay ərzində bərabər hissələrə bölünərək ödənilməlidir.

Nağdlaşdırma zamanı istifadə edilmiş məbləğlər üzrə:

Nağdlaşdırma əməliyyatları zamanı istifadə edilmiş məbləğlər üzrə növbəti ödəniş aralığında tam ödənilmədikdə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq gündəlik əsasda aylıq 2,09 % həcmində faiz hesablanır və sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.
Nə qədər və nə vaxt nağd pul çıxara bilərsiniz?
Siz istədiyiniz zaman BOLKART DIAMOND kartının ümumi limitinin 100%-dək hissəsini nağdlaşdıra bilərsiniz. Yəni, Sizə Bolkartda 10000 AZN məbləğ verilibsə, 10000 AZN-dək məbləği nağd pul kimi çıxara bilərsiniz.

Bank of Baku ATM - lərində nağdlaşdırma zamanı 1,5% (minimum 1,5 AZN) nağdlaşdırma komissiyası tutulur.

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.
Gecikmə hansı hallarda və nə qədər məbləğdə hesablanır?
Təyin edilmiş ödəniş aralığında Siz mütləq ödənilməsi tələb edilən borcu ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənişi gecikmiş məbləğin 1 faizi minimum 50 (əlli) qəpik cərimə hesablanır.

Misal üçün, Siz “İndi al 6 aya ödə” imkanı ilə 600 AZN məbləğində etdiyiniz alış-verişin dəyərini hər ayın 15-nə qədər bərabər hissələrə bölərək (yəni 600/6 = 100 AZN) 6 ay ərzində tam ödəməlisiniz. Ödənişlər vaxtında edilmədikdə, ödəniş aralığının sonuncu gündən sonrakı gündən etibarən (nümunəyə əsasən ayın 16-dan), gecikdirilmiş hər gün üçün nümunədə qeyd edilən məbləğə əsasən 100AZN *1% =1 AZN həcmində cərimə hesablanır.
Pulsuz SƏYAHƏT SIĞORTASI
BOLKART DIAMOND sahibləri pulsuz olaraq Səyahət sığortası əldə edirlər. Bu zaman:

- Səyahət xərclərinin minimum 50%-i sığorta edilən kart hesabına qarşılanmalıdır.
- Səyahət üçün nəzərdə tutulmuş aviabilet 2 tərəfli( gediş-dönüş) olmalıdır.
- Səyahət edilən yer daimi yaşayış yerindən minimum 100 km uzaqlıqda olmalıdır.
- Səyahətin başladığı və bitdiyi yer daimi yaşayış yeri olmalıdır.
- Səyahətin müddəti maksimum 90 gün ola bilər və s. tələblər ödənilməlidir.

Dahə ətraflı

Onlayn kalkulyator

Mağazanın adı

Ayı seçin

Məbləğ

Onlayn kalkulyator nədir?

Bu kalkulyator vasitəsilə Siz Bolkartın keçərli olduğu mağazalarda planlaşdırdığınız alış-verişin məbləğini rahat hesablaya bilərsiniz. Bunun üçün Siz əks olunmuş xanalarda 3 sadə funksiyanı yerinə yetirməlisiniz:
1. Alış-veriş edəcəyiniz mağazanı seçməli
2. Alış-veriş müddətini seçməli
3. Almaq istədiyiniz malın qiymətini qeyd etməli
Sonda Siz növbəti aylıq ödəniş və cəmi ödəcəyiniz məbləğ barədə məlumat alacaqsınız.

Cəmi məbləğ

0 AZN

Növbəti aylıq ödəniş

0 AZN

Zəng sifarişi

Təşəkkürlər!

Zəng sifarişiniz qəbul olundu!

Sual ver

Təşəkkürlər!

Sualınız qəbul olundu!

Partnyorluq bağlanması üçün ərizə forması

Təşəkkürlər!

Partnyorluq sifarişiniz qəbul olundu!
Əgər Siz ticarət obyektinizdə Bolkart plastik kartı ilə alış-verişin olmasını istəyirsinizsə, qeyd olunan formanı doldurun.

Onlayn sifariş ver

Təşəkkürlər!

Kart sifarişiniz qəbul olundu!

Yalnız Azərbaycan Respublikası orqanları tərəfindən verilən vəsiqələr qəbul edilir.

Kartların müqayisəsi

  Bolkart Gənc Bolkart AİLƏ Bolkart Gold Bolkart Diamond

Müştərinin yaşı

min.18 - maks.kart rəsmiləşən tarixə 27/

min. 18 - maks. 65

min. 18 - maks. 65

min. 18 - maks. 65

Müştərinin minimal əmək haqqı məbləği


Tələb yoxdur

Qeyd: Şəxsi gəliri olmayan gənclər valideyn zaminliyi ilə kart əldə edə bilərlər

Tələb yoxdur

min. 1000 AZN

min. 3000 AZN

Kredit xəttinin məbləği

min. 200 AZN – maks. 3000 AZN

min. 200 AZN – maks. 3000 AZN

min. 3000 AZN – maks. 5000 AZN

min. 2000 AZN – maks. 10000 AZN

Kartın qiyməti

-

-

-

150 AZN

İllik xidmət haqqı

10 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

20 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

 

40 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

Nəzərdə tutulmayıb

Əlavə kartın buraxılması

Nəzərdə tutlmayıb

Mümkündür

Mümkündür

Mümkündür

Ödəniş tarixləri

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Ödəniş aralığının dəyişdirilməsi

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Nağdlaşdırma limiti -

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.

Nağdlaşdırma komissionu
(Bankın ATM və POSlarında)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

Möhlət müddəti

40 günədək

40 günədək

45 günədək

45 günədək

BAL

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Mil sistemi

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir.
Yığılmış millər Aviabiletlərin alınmasında istifadə oluna bilər.

Priority pass

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir.

Sığorta

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir.

Kartların müqayisəsi